Urmu Gölü Protesto Kampanyasına Dəstək ve Çağırış Bildirişi


Azərbaycan Milli Dirəniş Təşkilatı’nın 02 Aprel’deki

Urmu Gölü Protesto Kampanyasına Dəstək ve Çağırış Bildirişi

Azərbaycan Türk Milləti;
Güney Azərbaycan qadınları, öyrəncilri və işçiləri;
Milli Dirəniş hücrələri;

Bir haldaki özgürlükçülük dalğası bölgədəki despot rejimlərin təməllərini sarsmaqdadır və seçilmiş olmayan liderlər və milli istəkləri basdıranlar zülüm altındaki xalqların kitləsəl hərəkətləri qarşısında dayanma gücünü itiriblər; İran’da Fars olmayan millət və xalqların özəlliklə də Azərbaycan Türk Milləti’nin özgürlükçü hərəkəti İran’da irqçilik və geriçiliyin kökünü qazabiləcək bir fırtınaya dönüşübdür.  
Görürük ki İran’da geriçi ve irqçi hakimiyət Azərbaycanlıların sadəcə dillərini kəsməklə, qələmlərini sındırmaqla, öldürməklə və qandallamaqla yetinməyir və buna əlavə olaraq Azərbaycan’ın bütün maddi və mənəvi varlığını yox etməyə qərarlıdır.
İllərdir Azərbaycan Milləti’nin Urmu Gölünün qurumasının önlənməsi  üçün feli adımlar atılması yönündəki bütün mədəni çalışma və istəklərinə rəğmən Tehran hakimiyəti son illərdəki quraqlıqları bəhanə edərək geniş çaplı və çox yönlü bilincli bir siyasət ilə Azərbaycan’ın al rəngli qaşdaşını qurutmağı və Azərbaycan’ın ortasında bir duz çölü yaratmağı amaclamaqdadır. Bu zülüm və cinayətə göz yummamaq bizim hər tək təkimizin görəvidir. Urmu Gölü’nün qurudulmasını protesto kampanyasına dəstək vermək və bu kampanyalara qatılmaqla irqçi aparpaydın Güney Azərbaycan’a qarşı gərçəkləşdirməkdə olduğu çılpaq cinayətə səsini yüksəldmək şübhəsiz hamımız üçün bir vəzifədir. 
Bu vesilə ilə Azərbaycan Milli Dirəniş Təşkilatı olaraq Urmu Gölü’nün qurudulmasına etiraz kampanyasına tam destəyimizi bildirib təşkilatımızın bütün dəstəkçiləri və üyələrindən milli şüarlar ve simbolları ilə birlikdə bu kampanyalarda aktiv şəkildə yer almalarını istəyirik.

Azərbaycan Milli Dirəniş Təşkilatı
AMDT
Güney Azərbaycan
Mart 2011

No comments:

Post a Comment

khojaly Genocide, Xocali Soyqirimi, HOCALI KATLİAMI