ERMƏNİYƏ ARXA-HƏYAN İRAN

ERMƏNİYƏ ARXA-HƏYAN İRAN

“Nezavisimaya qazeta”nın ilginc iddiası ilə oxucular artıq tanışdır. Qəzetin hərbi əlavəsinin şərhinə görə, Qarabağda müharibə başlasa, İran Ermənistana arxa cəbhə rolu oynayacaq. İki ölkə arasında iqtisadi, siyasi və hərbi sahədə əlaqələrin uğurla inkişaf etdiyinə toxunan nəşr Tehranın İrəvana dəfələrlə müxtəlif tipli silahlar təklif etdiyini də yazır.
Qəzetin bu qeydi də maraqlıdır. Sitat: “BMT Təhlükəsizlik Şurasının İrana dair son qətnaməsindən sonra İran-Ermənistan əməkdaşlığının imkanları xeyli daralıb. Bununla belə, bəzi məlumatlara görə, onlar arasında Qarabağda müharibə olacağı təqdirdə əməkdaşlığa dair müqavilə var. Bu müqaviləyə əsasən, hərbi əməliyyatlar yenidən qızışsa, İran Ermənistan üçün arxa cəbhə funksiyasını həyata keçirəcək. İrəvan isə İrana xarici müdaxilə olsa, bu ölkə ərazisinin blokadaya alınmasına mane olacaq və həmin istiqamətdən zərbələrin endirilməsinə imkan verməyəcək”. 
Xatırladaq ki, bu günlərdə Rusiyadakı başqa bir mənbə - “Reqnum” agentliyi Qarabağ bölgəsinə İran vasitəsi ilə erməni muzdluların göndərilməsi planlarından söz açan məlumatlar yaymışdı. Şübhəsiz, bütün bunlar Azərbaycandakı müharibə çağırışlarının düşmən ölkədə (təkcə düşmən ölkədəmi?) yaratdığı əndişədən xəbər verir.
 
Qəzetin yazdıqlarında da həqiqət payı az deyil. İş ondadır ki, “dindaş və qardaş” İran xain ermənilərə arxa cəbhə olmasa da, uzun illərdir onsuz da arxa-dayaqdır. Ancaq təhlildən göründüyü kimi, Tehran işğalçıya yeni xidmətini bedava yox, BMT sanksiyalarına duruş gətirməkdə Ermənistanın ona dəstəyi müqabilində təklif edir. Lakin Qərbin, ABŞ-ın İrana qarşı planları əleyhinə getmək İrəvan üçün, erməni lobbisi üçün başı cəllad kötüyü üstə qoymağa bərabər olardı. Eyni zamanda təcavüzkar ölkəyə xarici yardımların kəsilməsi, Qarabağ və uydurma soyqırım məsələlərində Qərbin ona siyasi himayəni azaltması ilə müşayiət olunardı.
 
Güney amili də unudulmamalıdır. Söhbət ondan gedir ki, atəşkəs dönəmində Cənubi Azərbaycandakı milli-azadlıq hərəkatı xeyli dərəcədə təşkilatlanıb, Azərbaycan xalqının bölünmüş xalq olması rəyi dünyada möhkəmlənib, faktiki, rəsmi status qazanıb. Bakı İrana preventiv təzyiq vasitəsi qismində bu amili istənilən an işə sala, körükləyə bilər.
 
Əslində dini lideri azərbaycanlı olan İranın həqiqətən müharibə başlarsa, Ermənistana arxa cəbhə olacağına bir azərbaycanlı olaraq inanmaq istəməzdik. Di gəl, işğalçı ölkə ilə cənub qonşumuzun mövcud münasibətləri nigarançılıq üçün əsas yaradır...
 
Bütün hallarda hadisələr “Nezavisimaya qazeta”nın ssenarisi üzrə inkişaf edərsə, bu, nəinki İran-Azərbaycan, habelə İran-Türkiyə münasibətlərinin sarsılmasına gətirəcək. Həm də o səbəbə ki, qardaş ölkə, onun milliyyətçi qüvvələri, həmçinin müsəlman Pakistan dövləti birmənalı Azərbaycanın yanında qərar tutacaq.
 
Bu fonda Tehran uğursuz duruma düşməklə yanaşı, Güney məsələsi xüsusi aktuallıq qazanacaq, Bakının bu faktor hesabına İrana təsir imkanları genişlənəcək. Üstəlik də Azərbaycan və Türkiyənin İrana qarşı beynəlxalq sanksiyalara qoşulması labüd şəkil alacaq. Hətta İranın parçalanması gündəmə gələ bilər. Çünki ola bilməz ki, Təbriz, Ərdəbil, Urmiyə, Zəncan, Xoy, Sərab, Sulduz, Qaradağ elləri, İran ordusundakı türk generalları Tehranın İrəvana arxa cəbhə olmasına biganə qalsın. Əgər birinci Qarabağ savaşında bu məsələdə müəyyən laqeydlik yaşanıbsa - o da o zamankı şərtlərin diktəsi ilə təbii ki - artıq zaman və şərtlər başqadır.
 
Düşünmürük ki, bütün bunları İranın siyasi və diplomatik dairələrində hesaba almasınlar. Onu da hesablamasınlar ki, İranın işğalçını hərtərəfli müdafiə etməsi İslam Konfransı Təşkilatına üzv ölkələr tərəfindən, bütövlükdə İslam dünyasında qətiyyən rəğbət doğurmayacaq. O təşkilat ki, Ermənistanı təcavüzkar kimi tanıyıb və çox maraqlıdır ki, qərara Tehran da səs verib!..
ERMƏNİYƏ ARXA-HƏYAN İRAN
zahid

***
Adında “İslam Respublikası” yarlığı gəzdirən bir ölkənin müsəlman Azərbaycanına qarşı təcavüzdə Ermənistanın yanında olması bişəkk, onun müsəlman aləmindəki olan-qalan nüfuzunun da axırına çıxacaq. Axı necə olur ki, Tehran Fələstin məsələsində İsrail işğalına qarşı çıxır, Qarabağ ixtilafına gələndə isə Azərbaycanın deyil, işğalçı Ermənistanın yanında dayanır? 
İran rəsmilərinin bu suala yönlü cavabı varmı?..

Yeni Müsavat

No comments:

Post a Comment

khojaly Genocide, Xocali Soyqirimi, HOCALI KATLİAMI