İranın Quzey Azərbaycana sahib olma yuxusu


İranın Quzey Azərbaycana sahib olma yuxusu 


İranın fars rejimi Azərbaycan MÜSTƏQİL olduğu ilk gündən türkə zidd mahiyyətini ortaya qoyub. İlk baxışdan baxanda bu o qədər də təzə məlumat deyildir.Çünki bu niyyət həmişə qonşumuz olan İranın qarnında yaşayıb, amma bu gün artıq qaranlıqda saxlaya bilmədiyi üçün arzularını gerçəkdən doğub. Onun Ermənistan kimi işğalçı dövlətə hərtərəfli yardımı, 19 martd qaz kəmərinin açılması faktı,2001-ci ildə Azərbaycanın hava sərhədlərini pozaraq hərbi təyyarələrlə səmadan hədələməsi və Türkiyə ilə NATO   -nun xəbərdarlığı nəticəsində geri oturması və s.Bu siyahını getdikcə uzada bələrik. Bilirəm ki, bizim bu kiçik yazıda vermədiyimiz faktlar var ki, yazını oxuyan soydaşlarımız onları dərinliyinə qədər yaxşı bilir. İstər Azərbaycan tarixindən, istərsə də ədəbiyyatımızdan məlumatınız var ki, torpağımızı və mənəvi dəyərlərimizi özününküləşdirmək istəyi ilə İran MÜSTƏQİL Azərbaycana da sahib olmaq istəyir. Elə bu yazıda da söhbət yeni ərazi iştahında olan fars rejiminin artıq tamahlılığından gedəcək. Beləki son zamanlar İranın fars rejimi Şimalı Azərbaycanı Quzey İran adlandırıb və onu İranınkı elan edib.Amma qeyd edirik ki, beynəlxalq və diplomatik qaydalar icazə vermir ki, İran onu rəsmi öz torpağı hesab edə.Buna görə də son zamanlar şovenist fars qüvvələri seminar, konfrans keçirir və ya mətbuatda çıxış edərək , Gülüstan və Türkmənçay müqavilələrinə işarə edirlər. O müqavilə ki, Azərbaycanın torpaqları iki işğalçı İran və Rusiya dövlətləri arasında vəhşicəsinə dədə malı kimi, heç bir azərbaycanlının istəyi soruşulmadan qədim torpaqlarımız şaqqalandı. 1813 - cü il 12 oktyabr Qarabağın Gülüstan kəndində ”sülh və dostluq” və”əbədiyyət” yaratmaq istəyi ilə müqavilə imzalandı. Başdan ayağa işğalçılıq siyasəti daşıyan bu müqavilə iki dövlətin əslində hərbi münaqişəsini yatırtmaqdan ötəri idi. O da nisbi xarekter daşıyırdı.Birinci ona görə ki,siyasətdə dostluq, qardaşlıq yoxdur, mənfət var, faydalanma var. Kimin kimnən güclü olduğunu sübut etmə istəyi var və bir- birindən nəsə qoparma, mənimsəmə ön planda gedir.İkinci bir tərəfdən ”Siyasət” və ”əbədiyyət” sözləri də bir - birinə zidd cəbhələrdə duran sözlərdir.Çünki yalnız kökündə xeyir daşıyan əzəli, sonsuz, kamil olan əbədi ola bilər. Siyasətin kökün mikroskopla axtarsan belə saydıqlarımızın heç birini orda tapa bilməzsən.Belə olan bir vəziyyətdə 1813 -cü il də bağlanmış Gülüstan sülh müqaviləsinin girişində də deyildiyi ”... Böyük hökümdarımız adından bərqərar edəcəyimiz sülh və dostluğa aid olan hər bir şeyi nəzərdən keçirib,bizə verilmiş hakimiyyət və Ali səlahiyyətə görə aşağıdakı maddələri qərara aldıq və əbədiyyət üçün təsdiq etdik”. Əgər özünüz imzaladığınız müqavilənin əbədiliinə inanırdınızsa, bəs niyə 1813 - cü ildən sonra da Rusiya -- İran münasibətləri gərgin olaraq qalırdı və İran öz uğursuzluğu ilə razılaşmırdı, Rusiya isə yeni torpaqlar ələ keçirmək üçün savaş olmasını istəyirdi . XIX əsrin əvvəllərindəki İran -- Rusiya münasibətlərində toqquşan maraqları bundan başqa heç cürə ümumiləşdirib yazmaq mümkün olmadığı üçün qısa şəkildə yalnız belə verdik.Məqsədimiz nəyisə xatırladıb sizində bildiklərinizi sadalamaq deyil, sadəcə bu günkü İranın MÜSTƏQİL Azərbaycana diş qıcamasının səbəblərini başa düşmək istəyidir. 200 ildir qarnında saxladığını bu gün doğmaq arzusunu başa düşmək, anlamaq istəyimizdən doğür yazmağımız.
1827 - ci ildə türkün qatı düşməni, o zaman İranda Rusiyanın səlahiyyətli nümayəndəsi, orta məktəb dərsliklərimizdə əzbərdən öyrəndiyimiz, əslində özfəaliyyət səviyyəsində olan ”Ağıldan bəla” əsərinin müəllifi A.S.Qriboyedov İran məmurlarının ”təxəyyülünə təsir göstərmək” fikri ilə bildirdi ki, biz irəli gedib Azərbaycana sahib olaraq bu geniş vilayətin müstəqilliyini təmin edəcəyik. Əslində Qriboyedov bu sözü Azərbaycanı sevdiyi üçün demirdi və türklərə nifrət edən bir adam idi. Sadəcə farsları oynadırdı və bilirdi ki, farsların ”Azərbaycan” və onun yanında duran”müstəqillik” sözündən ilan ala çatıdan qorxan kimi qorxur. Qaldı onun əsərinı özfəaliyyət adlandırmağıma, buna mənim tam haqqım var.Çünki millətimin dahi şəxsiyyətlərinin - Nizamilərin, Nəsimilərin, Füzulilərin yartdığını öyrənib daha böyük keyfiyyətlərə sahib olduğum üçün bunu deyirəm. Elə bu müqavilələr nəticəsində 200 ilə yaxın rusların təzyiqi altında qaldığımız üçün zor - xoş onların dünya ədəbiyyatı ilə müqayisədə o qədər də böyük olmayan dərnəkdə öyrənməyə yarayan əsərlərini çox təəssüf ki, orta məktəb dərsliklərimizdə keçirdik.İşgal elə budurda. Uşaq vaxtından beyni doldurub manqurtlaşdirmaq.
1827 -ci il noyabrın 6- da Dehkarqanda danışıqlar yenidən başlandı. Təzminat məsələsi üzrə bəzi ciddi narazılıqlar yanvarın 7 -də danışıqların kəsilməsinə gətirib çəxardı. Rus qoşunları irəli atıldı və yanvarın 28 - də Urmiyə, fevralın 8 - də Ərdəbil tutuldu.Müqavilənin bağlanması sürətləndi və fevralın 9 - dan 10 - na keçən gecə Təbriz yaxınlığında Türkmənçay kəndində müqavilə imzalandı.
Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi və qeyd edək ki, 11 maddədən ibarət olan Gülüstan müqaviləsinin bəzi maddələrinin məzmunu burada saxlanmış, təzminat və s.haqqında yeni maddələr əlavə edilmişdir.
Əlavə məlumat üçün və həm də doğru fakt olduğu üçün deməyi borc bilirəm ki, o zaman İran dövlət xəzinəsinin başında erməni dururdu ( adını unutduğum üçün yazmıram.Bir də adın nə fərqi, hansı erməni olsa elə beləcə hərəkət edəcəkdir ). Və Rusiya dövlətinə təzminat üçün ödənən qızılları eşşəyə yükləyərək sevinə - sevinə, tarixi salnamələrdə qeyd edildiyi kimi şadyanalıqla ruslara təhfil vermişdi.Elə həmin zaman minlərlə erməni ailəsi İrandan Qarabağa köçürülüb və hətta farsa ərə getmiş iki uşaq anasının dediyi qeyd olunub ki, ondan uşaqları alıb ağlaya - ağlaya atalarına verdilər və özümə də ”bunu erməni millətinin gələcəyi naminə edirsən” sözünü dedilər.
Qarabağın işğalı əslində elə bu ”sülh” müqaviləsinin imzalanması ilə başlanmışdır.
Bu günsə İran hər iki müqaviləni yada salıb bunun əsasında Quzey Azərbaycanı İran adlandırmaq olar deyir. Bu gün İran fars rejiminin yüksək vəzifəli məmuru Möhsün Rzayi, Xomeyninin nümayəndəsi Təbrizdə Ayətullah Möhsün Müctəhid Şəbüstəri də cümə namazında dəfələrlə Quzey Azərbaycanı Şimali İran adlandırmışdırlar və İrana yapışdırılmasını məsləhət görmüşdürlər.
İranda bəzi qəzetlər, o cümlədən ” Şimali İran” adlanan qəzet bunu dəfələrlə vurğulayıb və yeri gəlmişkən qeyd edək ki, çox yüksək nüsxə ilə də çap olunur və təkcə bu yox, bu gün İanda bir çox şübhəli qəzetlər bu fikri yayır. Həmçinin bütün dediklərimizi yayan bir çox şübhəli sitələr var ki, bu gün Güney Azərbaycan məktəblərində gənclər arasında onu təbliq edirlər. Bu da əbəs deyil, şovenist bilir ki, torpağın işğalından qabaq o torpaqda yaşayan gəncliyin beynini manqurtlaşdırmaq lazımdır. Çünki manqurt olmayan millət gec- tez öz haqqını tələb edəcək.Tarixin amansız səhifələrinə yaxşı bələd olduğumuz üçün İran fars rejiminin bugünkü siyasəti bizim üçün o qədər də gözlənilməz deyil.

No comments:

Post a Comment

khojaly Genocide, Xocali Soyqirimi, HOCALI KATLİAMI