Urmu Gölü ilə bağlı keçiriləcək Kütləvi Yığıncaq , Milli Hərəkat

GünAz TV: Bir qrup Təbrizli Milli Hərəkat Fəalı və təbiət sevər soydaşlarımız


 Urmu Gölü ilə bağlı keçiriləcək Kütləvi Yığıncaq


 barədə dəstək Bəyanatı yayıblar.

Kütləvi Yığıncaqlara daha bir kütləvi DƏSTƏK



Bəyanatda Urmu Gölünün Azərbaycan və ətraf bölgələrə olan əhəmiyyəti və quruyacağı təqdirdə ondan irəli gələn faciələrə toxunulub və bu barədə İran rejiminin qərəzli siyasəti sərt tənqid edilib.

Azərbaycanlı fəallar Bəyanat vasitəsi ilə 2 aprel-də (13 fərvərdin) Təbrizin Acı çay körpüsü kənarında keçiriləcək Yığıncağa aktiv şəkildə qatılacaqlarını bildirib və bununlada etiraz səslərini dünya ictimaiyyətinin diqqətinə matdıracaqlarını deyiblər.

Bəyanatda bildirilir ki, məsələnin əhəmiyyətini dərk edərək Güney Azərbaycanın başqa şəhərlərində də Təbriz və Urmu kimi oxşar Yığıncaqların keçirilməsi məqsədə uyqun olardı.

Təbrizli fəallar Məhz bu səbəbdən, Güney Azərbaycanın başqa şəhərlərində fəaliyyət göstərən azərbaycanlı fəallara müraciət ünvanlayaraq vurğulayıblar ki, bu Etiraz Kampaniyası çərçivəsində oxşar Yığıncaqların düzənlənməsinə ümid edirlər.

No comments:

Post a Comment

khojaly Genocide, Xocali Soyqirimi, HOCALI KATLİAMI