Təbrizdə ermənilər yerli əhaliyə meydan oxumaq istədi


Təbrizdə ermənilər yerli əhaliyə meydan oxumaq istədi 
Təbrizdə ermənilər yerli əhaliyə meydan oxumaq istədi
GünAzTv: Dünən noyabrın 17-ı (Abanın 26-ı) yerli vaxtla saat 1900-da Təbrizin yerli gəncləri ilə ermənilər arasında söz döyüşü baş verib.

Milli Sərdar Sattarxanın şəhid olduğu tarixin 96-cı ildönümü ilə bağlı Təbrizin Şəhnaz xiyabanında  keçirilən yığıncaqda soydaşlarımızla ermənilər arasında yaranan ləfzi çatışma kütləvi nümayişə səbəb olub. Nümayişdə ən azı min nəfər soydaşımız iştirak edib.

Şahidlərin dediyinə görə, bir neçə erməni oğlan və qız mərasim iştirakçısı olan azərbaycanlı gəncə yaxınlaşıb və təhqiramiz ifadə işlədiblər. Onların arasında yaranan mübahisəyə digər ermənilər söyüş yamanla cavab verib və türk millətini alçadan sözlər dilə gətiriblər. Onlar “Siz eşşək türklərsiz”, “Nə yaxşı ki erməni daşnakları sizin qadınlarınıza Qarabağda təcavüz etdilər” və … kimi sözləri deməkdən belə çəkinməyiblər.

2 milyonluq türk əhalisi olan Təbrizdə 1000 erməni ailəsi bulunduğu halda, onların belə bir düşmən mövqede olması təbii ki soydaşlarımız tərəfindən qəbuledilməz olub.

Ermənilərin təhqiredici söyüş-yamanları xiyabandan keçən digər soydaşlarımızın da diqqətini çəkib və bir neçə dəqiqədə 1000 nəfərlik iştirakçıdan oluşan aksiya baş tutub.

Soydaşlarımız ermənilərə cavab olaraq milli məzmunlu şüarlar səsləndiriblər:
-Erməni daşnakları - türklərin düşmənı
-Ya Qarabağ ya ölüm
-Haray Haray mən türkəm
-Yaşasın Azərbaycan
-Məhv olsun Ermənistan
- ...

Şüarlar səsləndirildikdən sonra İran Təhlükəsizlik Qüvvələri hadisə yerinə gəlib və erməniləri aradan çıxardaraq çəvrədən olan etirazçıları da dağıdıblar. Onlar hadisə yerini saatlarla mühasirədə saxlayıblar.

Hələlik hadisə ilə bağlı bundan artıq heç bir məlumat yoxdur.

No comments:

Post a Comment

khojaly Genocide, Xocali Soyqirimi, HOCALI KATLİAMI