BİLDİRİŞ: 21 Azər Milli Dövlətçilik bayramımızı 11 dekabr günündə İngiltərənin London şəhərində birlikdə keçirməyi planlaşdırmışlar


Çağdaş Azərbaycan milli hərəkatı öz tarixi inkişaf sürəcinin həssas və bir o qədər də taleyüklü mərhələsinə ayaq basdığı bir dönəmdə qurum, quruluş və şəxsiyyətlərimizin milli birlik və bərabərlik naminə atdıqları addımlar böyük Azərbaycan Türk milləti tərəfindən təqdirlə qarşılanmaqdadır.

21 Azər hərəkatının fars şovinizmi-rasizminə qarşı milli mücadilə tariximizdə tutduğu yer dartışılmazdır. Bu hərəkatın milli dirçəlişimizdəki yeri və önəmini doğru dəyərləndirmək üçün təkcə bu fakt yetərlidir ki; məhz bu hərəkatın nəticəsində Azərbaycanımızın Güneyində ilk dəfə olaraq böyük öndər S.C. Pişəvərinin başçılığı ilə Azərbaycan adı altında bir dövlət qurulmuşdur. Başqa sözlə, Güneydə milli dövlətçilik ənənəmizin oluşması 21 Azer hərəkatı ilə başlamaqdadır. Məhz buna görə də, hər ilin 21 azər günü çağdaş milli hərəkatımızda Milli Dövlətçilik günü kimi qeyd olunmaqdadır.  Çağdaş Azərbaycan milli hərəkatının inanılmaz yüksəlişi ilə dünya ictimaiyyətinin diqqətinin üzərimizə yönəldiyi bu həssas şəraitdə belə bir tarixi günün birlikdə keçirilməsi birlik və bərabərliyimizin  təzahürü və gücləndirilməsi açısından son dərəcə önəmlidir. Bu zərurəti dərk edən bir sıra milli qurum, quruluş və şəxsiyyətimiz bu ilki 21 Azər Milli Dövlətçilik bayramımızı 11 dekabr günündə İngiltərənin London şəhərində birlikdə keçirməyi planlaşdırmışlar.

21 Azer hərəkatının zəngin təcrübələrinin çağdaş hərəkatımıza çatdırılmasında əvəzsiz xidmətləri olan, o dönəmin önəmli simalarından  Azərbaycan Demokrat Firqəsi Gənclər Təşkilatının Sədri, eləcə də çağdaş Azərbaycan milli hərəkatının təməllərini qoyan nadir şəxsiyyətlərimizdən mərhum Dr. Zehtabinin də təqdir ediləcəyi 11 dekabr günündə  bütün siyasi məhbuslarımızın müdafiəsi ilə bağli BBC mərkəzi binasının önündə böyük bir aksiya keçirilməsi qərarlaşdırılmışdır. Aksiyada milli birlik və bərabərliyimizin daha da möhkəmləndirilməsi məqsədi ilə müxtəlif təşkilat simgələri deyil, hərəkatımızın vahid rəmzinə çevrilmiş qırmızı simgələrin qaldırılması məqsədəuyğun görülmüşdür. İnanırıq ki, bütün milli qüvvələr bu mərasimin təntənəli keçirilməsində yaxından iştirak edəcək və milli birliyimizi əməli olaraq bütün dünyaya sərgiləyəcəkdir.


Önəmli notlar:

-                                  11 dekabr günü mərasiminin tam konsensus və ümumi təşəbbüs əsasında  gerçəkləşməsi  məqsədi ilə qurum, quruluş və şəxsiyyətlərimizin imzaları aşağıda verilən e-mail adresinə göndəriləcək məsajlarla bəyanata əlavə ediləcəkdir.

-                                   Əlaqə üçün e-mail adresi belədir:  millidircelis@yahoo.com
-                                  BBC mərkəzi binasının önündə keçiriləcək aksiyanın, eləcə də həmin günün axşamı keçiriləcək bayram şənliyinin proqramı daha sonra  bildiriləcəkdir.

No comments:

Post a Comment

khojaly Genocide, Xocali Soyqirimi, HOCALI KATLİAMI